Laçın Beynəlxalq Hava Limanının tikintisi üçün dağlar belə partladılır – VİDEO

Laçın Beynəlxalq Hava Limanının tikintisi üçün dağlar belə partladılır – VİDEO

Hazırda oxunan: Laçın Beynəlxalq Hava Limanının tikintisi üçün dağlar belə partladılır – VİDEO

125464

Laçın Beynəlxalq Hava Limanının tikintisi prosesində dağlıq ərazilərin partlayışlar vasitəsi ilə dağıdılmasının görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, kadrları aeroportun uçuş-enmə zolağının inşasını həyata keçirən "AzVirt" MMC yayıb.

Xatırladaq ki, təməli 2021-ci ildə qoyulmuş Laçın aeroportunun uçuş-enmə zolağının uzunluğu 3 000, eni isə 60 metr olacaq.

Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5 000 kvadratmetr nəzərdə tutulur və saatda 200 sərnişinə xidmət edə biləcək. Bu məqsədlə 6 təyyarə dayanacağı inşa ediləcək.
Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Onun 2024-cü ildə istifadəyə verilməsi gözlənilir.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO