Bakıya qar yağacaq - Xəbərdarlıq

Bakıya qar yağacaq - Xəbərdarlıq

Hazırda oxunan: Bakıya qar yağacaq - Xəbərdarlıq

12529

Havanın dəyişəcəyi barədə xəbərdarlıq edilib. 

Bizim.Media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. 

Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.

Fevralın 24-25-də  havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında fevralın 23-ü axşam şimal və şərq  rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimal olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO