Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti fevralın 21-dən Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
Bizim.Media xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, mina atanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Şuşadan apardıqları xalçalarımızla sərgi keçirir - UNESCO niyə susur? - FOTO
Sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.
Bizim.Media