Fransalı general: “NATO Rusiyanın dağılmasına hazırlaşmalıdır” - VİDEO

Fransalı general: “NATO Rusiyanın dağılmasına hazırlaşmalıdır” - VİDEO

Hazırda oxunan: Fransalı general: “NATO Rusiyanın dağılmasına hazırlaşmalıdır” - VİDEO

125111

NATO Rusiyanın dağılmasına hazırlaşmalıdır. 

Bizim.Media xəbər verir ki, bu fikri fransalı general, NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandan müavini Mişel Yakovleff (rus mühacirlərinin nəslindən olan) deyib.

Onun fikrincə, Ukrayna ordusu Avropanın ən yaxşı ordusudur və Rusiya ordusunda heç kimin gözləmədiyi böyük problemlər var:

“Buna görə də, onlar yalnız özlərini müdafiə edə bilirlər”.

Fransız generalın fikrincə, Rusiyanın dağılması qaçılmazdır və SSRİ-nin dağılmasından qat-qat qanlı olacaq, çünki indi ölkədə faktiki olaraq üç ordu var:

“Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti. Bu vəziyyət 1973-cü ildə Livandakı vəziyyətə bənzəyir”.

“Ukrayna ilə müharibə qəlyanaltı üçün bir yeməkdir, əsas menyu Rusiyanın dağılması olacaq. Ukrayna yalnız sonra görəcəyimiz tarixi hadisələrin tətikçisidir”, - fransız general hesab edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO