Ağdaşda ƏMƏLİYYAT: Yeniyetmələr SAXLANILDI

Ağdaşda ƏMƏLİYYAT: Yeniyetmələr SAXLANILDI

Hazırda oxunan: Ağdaşda ƏMƏLİYYAT: Yeniyetmələr SAXLANILDI

124982

Ağdaşda bir neçə oğurluq cinayətinin üstü açılıb.

Bizim.Media Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadən xəbər verir ki, şəhər ərazisində yerləşən məktəblərin birindən ümumi dəyəri 12 min manata yaxın olan 15 ədəd kompüterin və proyektorun oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin yetkinlik yaşına çatmayan rayon sakini olduğu müəyyən edilib və oğurladığı kompüterlər ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Keçirilən digər əməliyyat zamanı isə rayonun Şıxlı kəndində MMC-lərdən birinin balansında olan 5 tonluq metal dayağı oğurlayan Elçin Güləliyev saxlanılıb.

Araşdırma zamanı onun həmin metal dayağı hissə-hissə doğrayaraq ərazidən daşıdığı və Yevlax rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinə satdığı məlum olub.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisində yerləşən parkdakı atraksionun generatorunu və kabelini oğurlayan iki yeniyetmə saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər və oğurladıqlarını ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.

Polis əməkdaşları tərəfindən həmin şəxslər də müəyyən olunub və oğurlanmış əşyalar onlardan maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO