TƏBİB bonusdan narazı həkimlə əlaqə saxlayıb - DETALLAR

TƏBİB bonusdan narazı həkimlə əlaqə saxlayıb - DETALLAR

Hazırda oxunan: TƏBİB bonusdan narazı həkimlə əlaqə saxlayıb - DETALLAR

124960

İcbari Tibbi Sığorta xətti ilə həkimlərə edilən ödənişlər günün mövzusudur. Həkimlər sosial şəbəkələrdə bununla bağlı müzakirələr açıb, öz etirazlarını faktların dili ilə ifadə edirlər. TƏBİB-in iş prinsipindən narazı qalan həkimlərdən biri də Elsevər Kərimovdur.

O qoşulduğu müzakirədə təəssüflə qeyd edir ki. 2022-ci ilin noyabr ayında 811 nəfər xəstəni müayinə etmişəm:

“Bunun əvəzində mənə 734 manat pul hesablanıb. Dekabr ayı hələ qalıb. Hesabladım adamın biri 90 qəpiyə düşür. Ona görə də Azərbaycanda tibbi xidmət 1 manatlıq səviyyəyə düşüb. Heç olmasa bir xəstəyə görə 5 manat ödəsə, həkimə 4-5 min manat pulumuzu alarıq. Amma özü 17 manat silib. Hesablayın görün mənim işimdən nə yeyib, mənə nə verib. Adam özünü qul hesab edir. Zülmünü isə xalq çəkir”.

Səsləndirilən fikirlərlə bağlı 7 saylı şəhər poliklinkasının həkimi Elsevər Kərimovla əlaqə saxladıq. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, məsələnin həllinə söz veriblər:

“Mənim dünənki paylaşımımdan sonra TƏBİB-dən mənimlə əlaqə saxladılar. Və bonusların hesablanmasında yanlışlığın olduğunu bildirdilər. İndi gözləyirəm görək nə qədər artım olacaq. Söz verdilər ki, artım sabah hesabınıza otuzdurulacaq. Dekabr, yanvar və fevral aylarınınsa bonusu hələ qalır. Çox ləngimə var”.

Həkim bonuslara görə narazılığını yenə dilə gətirdi:

“Həkimə ayrılan faiz-hər bir xəstəyə görə verilən bonuslardan bütün həkimlər narazıdır. Xüsusən də cərrahlar daha çox narazıdır. Onların işlərinin ağır olmasına baxmayaraq onlara ayrılan faizlər çox cüzidir”.     

Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ araşdırılıb ətraflı məlumat veriləcək.

Ona görə də məsələni diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO