“Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik” - PREZİDENT

“Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik” - PREZİDENT

Hazırda oxunan: “Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik” - PREZİDENT

1247

“Münaqişə ərzində bizim bütün səylərimiz aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb. Biz münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinəyik”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib. 

Dövlət başçısı bildirib ki, Ermənistanın etmək istədiyi məhz budur: “Qeyd etdiyim kimi, onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik”.

– Lakin Ermənistanda artıq Rusiyanın hərbi bazası var, bu, qeyri-qanuni deyil.

- Bəli, o, Ermənistandadır, Dağlıq Qarabağda yox. Onlar ruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini xahiş edirdilər. Biz bu barədə bilirik. Ona görə də bizim mövqeyimiz ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar. Kömək etmək istəyənlər və mandatı olanlar, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı inandırmalıdırlar ki, - ümidvaram ki, bu gün Vaşinqtonda bu, baş verəcək, - təcavüzə son qoysun, atəşkəsə sadiq olsun və torpaqları boşaldacaqlarına dair öhdəlik götürsün. Onlar bunu etmirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO