“Fevralın 6-da baş vermiş zəlzələ yüz il ərzində Avropada baş vermiş ən böyük fəlakət idi”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Avropa İttifaqının səfirlərinə müraciəti zamanı deyib.
Onun sözlərinə görə, baş vermiş fəlakətlə əlaqədər beynəlxalq ictimaiyyətin ciddi dəstəyi hiss olundu: "Bu, bizə güc, stimul verdi. Bütün bəşəriyyət yanımızda oldu. Əlbəttə, bu həm də türk xalqına olan sevgi ilə bağlıdır".
Nazir, həmçinin bir çox rəsmi şəxslərin zəlzələ ilə bağlı Türkiyəyə səfər etdiklərini də xatırladıb.
Bizim.Media