Ötən sutka ölkədə neçə yanğın olub? - STATİSTİKA

Ötən sutka ölkədə neçə yanğın olub? - STATİSTİKA

Hazırda oxunan: Ötən sutka ölkədə neçə yanğın olub? - STATİSTİKA

124377

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Bizim.Media-ya bildirib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 68 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Şamaxı rayonunun Muğanlı kəndində "Mercedes" markalı sərnişin avtobusu və "Mack" markalı yük avtomobilinin toqquşması nəticəsində müxtəlif xəsarətlərlə avtobusda sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib. 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO