5 rayonda təbiətə 76 min manat ziyan vurulub - ARAŞDIRMA

5 rayonda təbiətə 76 min manat ziyan vurulub - ARAŞDIRMA

Hazırda oxunan: 5 rayonda təbiətə 76 min manat ziyan vurulub - ARAŞDIRMA

124244

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 5 rayonunda ekoloji hüquqpozmalarla bağlı araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Araşdırmalar zamanı Tərtər, Bərdə, Zaqatala, Balakən və Bakı şəhərinin Qaradağ rayonu ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 198 ədəd ağacın torpaq sahəsini zəbt etməklə qanunsuz kəsilməsi nəticəsində təbiətə 76 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) 259.2.3, 259.2.4 (qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ağac kəsmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO