FHN Binəqədidəki partlayışla bağlı MƏLUMAT YAYDI 

FHN Binəqədidəki partlayışla bağlı MƏLUMAT YAYDI 

Hazırda oxunan: FHN Binəqədidəki partlayışla bağlı MƏLUMAT YAYDI 

123800

Fövqəladə Hallar Nazirliyi təkərdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən təkər təmiri sexində partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xə Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 32 m² olan təkər təmiri sexində kustar üsulla hazırlanmış hava kompressorunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən sexin dam örtüyü dağılıb. Sexdə işləyən 1 nəfər aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində həlak olub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO