Güləşçilərimiz Bolqarıstanda beynəlxalq turnirdə çıxış edəcək

Güləşçilərimiz Bolqarıstanda beynəlxalq turnirdə çıxış edəcək

Hazırda oxunan: Güləşçilərimiz Bolqarıstanda beynəlxalq turnirdə çıxış edəcək

123281

Sabah Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turnirinə start veriləcək.  

Bizim.Media xəbər verir ki, martın 5-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 9 güləşçi təmsil edəcək.  

Sərbəst güləş üzrə yarışda məşqçilər Arif Abdullayevlə Rövşən Hacıyevin rəhbərliyi altında İntiqam Vəlizadə (61 kq), Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), İbrahim Yusubov (92 kq), Rahid Həmidli və Georgi Meşvildişvili (hər ikisi 125 kq) mübarizə aparacaq.  

Qadın güləşi üzrə millimizin baş məşqçi əvəzi Rövşən Umudov 3 idmançının xidmətindən istifadə edəcək. Sofiyada Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (62 kq) Bolqarıstanda uğur qazanmağa çalışacaq.  
Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO