Fevralın 28-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:22 / 01.03.2023
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanıldı
Hazırda oxunan: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanıldı
Hazırda oxunan: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanıldı
123157
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.