Şəkidə nənə və nəvə dəm qazından ZƏHƏRLƏNDİLƏR 

Şəkidə nənə və nəvə dəm qazından ZƏHƏRLƏNDİLƏR 

Hazırda oxunan: Şəkidə nənə və nəvə dəm qazından ZƏHƏRLƏNDİLƏR 

122579

Şəkinin Oxud kəndində dəm qazından nənə və nəvəsi zəhərlənib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşam saatlarında Oxud kənd sakinləri 68 yaşlı Validə Məmmədova və onun 11 yaşlı nəvəsi Aydın Məmmədli yaşadıqları mənzilin hamam otagında dəm qazından zəhərləniblər.

Ailə üzvləri hadisədən vaxtında xəbər tutub və evə təcili tibbi yardım çağırılıb.

Nənə və nəvəsinə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar rayon mərkəzi xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, hər iki xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir. Onların müayinə və müalicələri davam etdirilir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO