“Azərbaycan Hava Yolları” Gəncədən Rusiyanın iki şəhərinə - Moskva və Sankt-Peterburqa aviabiletlərin satışına başlayıb. Uçuşlar həftəlik həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, aviaşirkətin Bakı-Moskva-Gəncə-Moskva-Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək.
AZAL bu marşrutla həftədə üç dəfə - bazar ertəsi, cümə və şənbə günləri uçacaq.
Aviaşirkət martın 19-dan etibarən Bakı-Sankt-Peterburq-Gəncə-Sankt-Peterburq-Bakı marşrutu üzrə həftədə bir dəfə - bazar günləri reyslərin yerinə yetirilməsinə başlayacaq.
İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə müvafiq olaraq çərşənbə və cümə axşamı günləri də əlavə olunacaq.
Bizim.Media