Masallı rayonunun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Masallı rayon prokurorluğu yayıb.
İstintaq zamanı məktəbin direktoru İlqar Cahangirovun 20 min 218 manat məbləğində dövlət vəsaitini mənimsəməsi və 11 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İlqar Cahangirova Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:36 / 22.02.2023
Masallıda məktəb direktoru dövlətin 20 min manatını MƏNİMSƏYİB
Hazırda oxunan: Masallıda məktəb direktoru dövlətin 20 min manatını MƏNİMSƏYİB
Hazırda oxunan: Masallıda məktəb direktoru dövlətin 20 min manatını MƏNİMSƏYİB
121931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.