"Liverpul"un baş məşqçisi: "Ançelotti fantastik məşqçidir"

Hazırda oxunan: "Liverpul"un baş məşqçisi: "Ançelotti fantastik məşqçidir"

121612

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında 1/8 finalında "Real"la ilk oyun öncəsi Madrid klubundakı həmkarı Karlo Ançelotti haqda müsbət fikirlər səsləndirib. 

Bizim.Media xəbər verir ki, o, matçdan əvvəl keçirilən mətbuat konfransında deyib:  

“Karlo həyatımda gördüyüm ən rahat məşqçidir. O, gözəl insandır. Ançelotti fantastik, təvazökar, ağıllı məşqçidir. Oyunçuları idarə etmək baxımından o, hamımızla müqayisədə tamam fərqli səviyyədədir. Karloya böyük hörmətim və heyranlığım var”. 

Qeyd edək ki, sabah İngiltərədə keçiriləcək "Liverpul" - "Real" qarşılaşması yerli vaxtla 21:00 (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO