ABŞ prezidenti Co Bayden bu gün Polşaya gələcək.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə keçirdiyi brifinqdə səsləndirib.
Onun sözlərinə görə, Ağ Evin sahibi Varşavada çıxışı zamanı Vladimir Putinə və ruslara müraciət edəcək.
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Ceyms Rikards daha əvvəl demişdi ki, Bayden Rusiyanın xüsusi əməliyyatda uğur qazanması səbəbindən çıxılmaz vəziyyətə düşə bilər. Siyasətçinin fikrincə, Amerika lideri öz qoşunlarını Ukraynaya göndərməyə və münaqişəni ABŞ və Rusiya arasında müharibəyə çevirməyə qadirdir.
Rusiyanın müxalifət lideri və hüquq müdafiəçisi Mark Feyqin də Baydenin Polşaya gəlişi və Putinə ultimatum formada müraciəti ilə bağlı xəbərə münasibət bildirib.
O, qeyd edib ki, Bayden Putinə hər şeyi öz yoluna qoymaq üçün son şans verəcək:
“Əgər Putin ABŞ liderinin sözlərinə məhəl qoymasa və insanları öldürməyə davam etsə, daha onunla heç kim danışmayacaq, ciddi hərəkətə keçəcək”.
Feyqin vurğulayıb ki, dövlətlər 2023-cü ildə müharibəni bitirmək üçün müxtəlif qərarlar qəbul edə bilərlər:
“Xüsusilə, söhbət təyyarələrdən və uzaqmənzilli raketlərdən gedir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:21 / 20.02.2023
Bayden Polşadan Putinə ultimatum verəcək – Kremlə SON ŞANS
Hazırda oxunan: Bayden Polşadan Putinə ultimatum verəcək – Kremlə SON ŞANS
Hazırda oxunan: Bayden Polşadan Putinə ultimatum verəcək – Kremlə SON ŞANS
121410
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.