Masallıda ayrı-ayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri M.Əsgərov və E.Şahverdiyev gecə saatlarında həmin mağazaya daxil olaraq oradan 590 manat nağd pul, 821 manat dəyərində tütün məmulatları və danışıq kartları oğurlayıblar.
Oğurlanan əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri ilə tanışına məxsus yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumilikdə 2000 manata yaxın dəyəri olan məişət əşyaları və motosiklet ehtiyat hissələrini oğurlayan Masallı rayon sakini Q.Əhmədov müəyyən edilərək saxlanılıb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri ərazisində elektrik lampalarının işıqlandırılması üçün çəkilmiş 1000 manat dəyərində mis elektrik naqillərini oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun Masallı rayon sakini Ü.Hüseynov olduğu müəyyən edilib.
Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:01 / 19.02.2023
Polis Masallıda əməliyyat keçirdi - 4 nəfər saxlanıldı
Hazırda oxunan: Polis Masallıda əməliyyat keçirdi - 4 nəfər saxlanıldı
Hazırda oxunan: Polis Masallıda əməliyyat keçirdi - 4 nəfər saxlanıldı
121313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.