Ötən ilin sonuna olan məlumata görə, 36 yanacaqdoldurma məntəqəsində yanacağın keyfiyyəti ilə bağlı monitorinqlər aparılıb.
Monitorinqin nəticələrinə əsasən, yanacağın keyfiyyəti ilə əlaqədar istehlakçıların səsləndirdiyi fikirlərdə həqiqət var.
MÖVZU İLƏ BAĞLI:
Qazaxstan Ermənistanda benzini “ucuzlaşdıracaq”...
Bizim.Media-nın məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları”na həsr olunmuş onlayn konfransda deyib.
O bildirib ki, monitorinq aparılan məntəqələrin böyük əksəriyyətində kənarlaşmaların olduğu müşahidə edilib:
“Bununla bağlı materiallar hazırlanır və nəzarət mexanizmlərinin tətbiqi müzakirə olunur”.
Bizim.Media