Tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilsin – TƏKLİF

Tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilsin – TƏKLİF

Hazırda oxunan: Tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilsin – TƏKLİF

120975

“Təyyarə biletlərinin baha olması səbəbindən xaricdə yaşayan tələbələrimizin ölkəmizə qayıtmasında problemlər var”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Ceyhun Məmmədov səsləndirib.

“Məhz bu səbəbdən xaricdə təhsil alan tələbələr qış tətilini ölkəmizdə deyil, xarici ölkələrdə keçirirlər. Digər bir məsələ isə Türkiyədə zəlzələdən sonra distant təhsilə keçidlə bağlıdır. Biletlərin baha olması səbəbindən Türkiyədən gəlmiş tələbələrimiz geri qayıdıb, kitab və vəsaitlərini gətirə bilmirlər. 
Ona görə də, həm təyyarə, həm də daxili biletlərdə güzəştlərə ehtiyac var. Müvafiq dövlət qurumları bu istiqamətdə araşdırma aparıb, lazımi qurumlara təqdim etməlidirlər ki, tələbələrimizin bu problemi həll olunsun”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO