Azərbaycanlı futbolçu FİFA-nın mərasiminə qatılmayacaq – İran icazə vermir

Azərbaycanlı futbolçu FİFA-nın mərasiminə qatılmayacaq – İran icazə vermir

Hazırda oxunan: Azərbaycanlı futbolçu FİFA-nın mərasiminə qatılmayacaq – İran icazə vermir

120879

İran futbolunun məşhur siması, əslən azərbaycanlı olan Əli Dayinin küçəyə çıxması qadağan edilib. Bu səbəbdən o, FİFA-nın “Ən yaxşı futbolçular” mərasimində iştirak edə bilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Mənbə yazır ki, bundan əvvəl FİFA İranın futbol əfsanəsi Əli Dayidən Beynəlxalq Futbol Federasiyasının ən yaxşılarının mükafatlandırılması mərasimində iştirak etməsini xahiş etmişdi.

FİFA bu tədbirə heç bir İran rəsmisini çağırmayıb.

Xatırladaq ki, Əli Dayi 1969-cu il martın 21-də Ərdəbilin Xeyral məhəlləsində anadan olub. Futbolçu milli yığmalar arasında beynəlxalq görüşlərdə braziliyalı Pele, argentinalı Maradona və macar Puşkaş kimi futbol korifeylərindən daha çox qol vurub (109 qol).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO