Xankəndi şəhərində türk məhsulları satılır

Xankəndi şəhərində türk məhsulları satılır

Hazırda oxunan: Xankəndi şəhərində türk məhsulları satılır

120756

Azərbaycanın qədim Xankəndi şəhərində rəflərdə türk məhsulları satılır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Novosti Armeniya” Telegram kanalında yer alıb.

Mənbə yazır ki, qondarma rejimin “təhlükəsizlik xidməti” türk mənşəli məhsulların Xankəndi bazarına necə daxil olduğunu araşdırır.
“Dünən “Facebook” sosial şəbəkəsində Xankəndidə türk mənşəli kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı məlumat yayılıb”, - mesajda deyilir.

Mənbə yazır ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti də bu məhsulların mənşəyini və Xankəndi bazarında necə göründüyünü aydınlaşdırmaq istəyir.

Xatırladaq ki, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisinə ərzaq və kənd təsərrüfatı məhsulları Ermənistandan kontingentin yük maşınları ilə gətirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO