Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk adından Türkiyədə baş verən dəhşətli zəlzələlərdən zərərçəkmiş insanlar üçün humanitar yardım göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə Papa Fransisk özünün “Twitter” hesabında məlumat verib.
O qeyd edib ki, yardımı daşıyan “Aurelia” adlı gəmi fevralın 15-də Neapol limanından yola düşüb və iki gün sonra Türkiyənin Hatay vilayətinin İsgəndərun limanına çatacaq:
“Türkiyə və Suriyada zəlzələdən əziyyət çəkənləri unutmayaq. Həlak olanlar və onların yaxınları üçün dua etməyə davam edək. Xilas olan insanlara kömək etmək üçün isə konkret öhdəliklər götürək. Rəbbim bu dəhşətli faciədən əziyyət çəkən insanlara kömək olsun”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:11 / 15.02.2023
Roma Papası Türkiyəyə gəmi ilə yardım GÖNDƏRDİ
Hazırda oxunan: Roma Papası Türkiyəyə gəmi ilə yardım GÖNDƏRDİ
Hazırda oxunan: Roma Papası Türkiyəyə gəmi ilə yardım GÖNDƏRDİ
120684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.