Kahramanmaraşda çadırlarda yaşayan insanlar İlham Əliyevə təşəkkür etdilər - VİDEO 

Kahramanmaraşda çadırlarda yaşayan insanlar İlham Əliyevə təşəkkür etdilər - VİDEO 

Hazırda oxunan: Kahramanmaraşda çadırlarda yaşayan insanlar İlham Əliyevə təşəkkür etdilər - VİDEO 

120657

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qardaş ölkəyə böyük sayda çadırlar çatdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Türkiyənin Kahramanmaraş rayonunda zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün FHN tərəfindən qurulan çadırlarda yaşayış üçün lazımi şərait yaradılıb.

Burada yaşayan insanlar üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib, uşaqlar üçün oyun guşəsi yaradılıb.

Çadırlarda yaşayan insanlar göstərilən dəstəyə və yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirirlər.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO