Tibb Universitetinin tələbəsi Türkiyədəki zəlzələdə həlak olub – FOTO 

Tibb Universitetinin tələbəsi Türkiyədəki zəlzələdə həlak olub – FOTO 

Hazırda oxunan: Tibb Universitetinin tələbəsi Türkiyədəki zəlzələdə həlak olub – FOTO 

120651

Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin tələbəsi də həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Universitetin rəsmisi Günel Aslanova məlumat verib.

Onun sözlərinə görə Universitetin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da zəlzələ nəticəsində həlak olub:

“Böyük təəssüf və kədər hissi ilə qeyd etmək istəyirik ki, fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə  Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da həlak olub. Zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırdı.

ATU rəhbərliyi və kollektivi zəlzələdə həlak olanların ailələrinə, yaxınlarına dərin acı və hüznlə başsağlığı verir. Allah rəhmət eləsin, doğmalarına səbr versin”, - deyə Gunel Aslanovanın paylaşımında qeyd olunub. 

Alçina Amilqızı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO