Azərbaycanın növbəti humanitar yardımı Kahramanmaraşa çatıb - FOTO/VİDEO 

Azərbaycanın növbəti humanitar yardımı Kahramanmaraşa çatıb - FOTO/VİDEO 

Hazırda oxunan: Azərbaycanın növbəti humanitar yardımı Kahramanmaraşa çatıb - FOTO/VİDEO 

120434

Azərbaycandan göndərilmiş növbəti humanitar yardımdan ibarət üçüncü avtomobil karvanı Türkiyəyə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə fevralın 11-də yola salınmış FHN-nin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan bu gün qardaş ölkəyə çatıb.

Kahramanmaraşa gələn çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO