Zaqatalada tanışını öldürən 71 yaşlı kişi MƏHKƏMƏ QARŞISINDA 

Zaqatalada tanışını öldürən 71 yaşlı kişi MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: Zaqatalada tanışını öldürən 71 yaşlı kişi MƏHKƏMƏ QARŞISINDA 

120412

Xəbər verildiyi kimi, Zaqatala rayon sakini 1970-ci il təvəllüdlü Elxan Xəlilovun ötən il noybarın 4-də öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

İbtidai istintaqla 1952-ci il təvəllüdlü Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı tanışı Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Toplanmış sübutlar əsasında Qriqoriy Burqandinova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO