Prezident: “Şərqi Zəngəzurda yaradılan generasiya gücü ilin sonunadək 200 meqavata çatacaq”

Prezident: “Şərqi Zəngəzurda yaradılan generasiya gücü ilin sonunadək 200 meqavata çatacaq”

Hazırda oxunan: Prezident: “Şərqi Zəngəzurda yaradılan generasiya gücü ilin sonunadək 200 meqavata çatacaq”

120181

“2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək. Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Mingəçevir şəhərində yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.

Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərinin ilk növbədə, elektroenergetika sahəsindən başladığını qeyd edən dövlət başçısı deyib ki, artıq 10-dan çox yarımstansiya və 10-dan çox su elektrik stansiyası inşa edilib: 

“Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq”.

Prezident bildirib ki, bütün stansiyalar ümumi şəbəkəyə qoşulub:

“Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Yəni, bu sahə prioritet olaraq qalır”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO