Türkiyədə zəlzələ fəlakətini yaşayan insanlara kömək məqsədilə Qusardan ən zəruri məhsullar toplanmış iri TIR maşını bu gün Bakıya yola salınacaq. Hazırda yardım məhsullarının TIR-a yüklənilməsi prosesi gedir.
Qusar İH-dən Bizim.Media-ya verilən məlumata görə, humanitar aksiyada bütün ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Hər kəs gücü çatan nəyi varsa, böyük həvəslə yardım məntəqəsinə təhvil verib.
Qarabağ Əlilləri, Veteranları və Şəhid Aiĺələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətovun sözlərinə görə, qusarlıların yardımı istilik sobaları, təmizlik və yuyucu vasitələr, konserv məlumatları və yataq dəstlərindən ibarətdir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.