NATO Baş katibinin müavini Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırıldı

NATO Baş katibinin müavini Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırıldı

Hazırda oxunan: NATO Baş katibinin müavini Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırıldı

119771

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin müavini Mirça Ceoana ilə görüşüb. 

Nümayəndəlikdən Bizim.Media-ya bildirilib ki, görüş zamanı NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik, habelə enerji təhlükəsizliyinə verdiyi töhfələr ətrafında faydalı fikir mübadiləsi aparılıb. 

Cəfər Hüseynzadə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və regiondakı vəziyyət barədə Mirça Ceoanaya məlumat verib. 

NATO Baş katibinin müavini Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO