Ağdamdan yardımla dolu ilk yük maşını zəlzələ bölgəsinə YOLA DÜŞDÜ - FOTO 

Ağdamdan yardımla dolu ilk yük maşını zəlzələ bölgəsinə YOLA DÜŞDÜ - FOTO 

Hazırda oxunan: Ağdamdan yardımla dolu ilk yük maşını zəlzələ bölgəsinə YOLA DÜŞDÜ - FOTO 

119515

Ağdamda zəlzələ nəticəsində dağıdılmış ərazilərə dəstək məqsədilə toplanan yardımlarla dolu ilk yük maşını  Türkiyəyə yola düşüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, toplanma məntəqəsinə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov da gəlib.  

O, aksiyada iştirak edən qazi və şəhid ailələri üzvləri, habelə aksiya könüllüləri ilə görüşüb.

Rayon rəhbəri toplama məntəqəsinə gələn türkiyəli nümayədəyə rayon sakinləri adından baş sağlığı verib, yaralı insanlara şəfa diləyib. 

Qeyd olunub ki, Azərbaycan-Türkiyə arasında olan qardaşlıq münasibətləri əbədi olaraq davam edəcək.  

Qeyd edək ki, gün ərzində növbəti yük maşının da yola salınması planlaşdırılır. Aksiya təşkilatçılarından olan Hafiz Tapdıqov Bizim.media-ya açıqlamasında, yardım kampaniyasının qardaş ölkəyə lazımi dəstəyin zəruri olduğu müddətə qədər davam edəcəyini dilə gətirib:

"Qardaşlarımızın acısı bizim acımızdır. Orada hər şey qaydasına düşənə qədər biz rahat ola bilmərik. Ona görə də aksiyamız davam edəcək. Xüsusilə, onu da qeyd etmək istəyirəm ki, toplanan məhsulların yola salınma mərhələsi fəlakət zonasında olan tələbata uyğun olaraq icra olunur. Növbəti günlərdə isti geyim və qidalarla yanaşı, dəfn üçün lazımi vəsaitlər göndəriləcək". 
Xatırladaq ki, Tərtər və Beyləqan rayonlarında da yardım toplama aksiyaları davam edir. Tərtər rayonunda toplanan yardımların Türkiyənin Azərbaycandakı səfirliyinin Gəncə konsulluğunun xətti ilə yola salınacağı bildirilib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO