Azərbaycanın növbəti heyəti Adanaya YOLA DÜŞDÜ - FOTO

Azərbaycanın növbəti heyəti Adanaya YOLA DÜŞDÜ - FOTO

Hazırda oxunan: Azərbaycanın növbəti heyəti Adanaya YOLA DÜŞDÜ - FOTO

118911

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, mobil səhra hospitalını və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyəti qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün nəzərdə tutulan çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqları çatdıracaq ikinci təyyarə isə yaxın saatlarda yola salınacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO