Türkiyədə deputatın ailəsi dağıntılar ALTINDA QALDI

Türkiyədə deputatın ailəsi dağıntılar ALTINDA QALDI

Hazırda oxunan: Türkiyədə deputatın ailəsi dağıntılar ALTINDA QALDI

118673

Türkiyədə Ədalət və İnkişaf Partiyasının Hataydan olan deputatı Hüseyn Yaymanın ailə üzvləri dağıntılar altında qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə o özü məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə zəlzələdə ölənlərin sayı 76-ya çatdı, 440 yaralı - FOTO/VİDEO


“İki qardaşım, həyat yoldaşları, bacım, qaynım və uşaqları dağıntılar altındadırlar. Yollarda böyük çatlar var, hamı səfərbər olub”, - deyə o bildirib.

Millət vəkili bildirib ki, yeraltı təkanlar Hatayda çox hiss edilib:

“Bizdə çoxlu dağıntılar var. Vətəndaşlar panikaya düşməməlidirlər. Soyuqqanlı olsunlar. Yola çıxmayın, telefonları məşğul etməyin. Çoxlu qəzalı binalarımız var”.

Qeyd edək ki, Türkiyədə güclü zəlzələ olub. Zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 yaralı var. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO