Rəhman Rəhmanovun ikinci ailəsi də DAĞILDI - VİDEO

Rəhman Rəhmanovun ikinci ailəsi də DAĞILDI - VİDEO

Hazırda oxunan: Rəhman Rəhmanovun ikinci ailəsi də DAĞILDI - VİDEO

118540

Əməkdar artist Rəhman Rəhmanov ikinci dəfə ailə qurduğu 28 illik həyat yoldaşı Gülbiçə Rəhmanovadan boşanıb.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.

Aktyor sözügedən proqrama evlənmək üçün pənah gətirənlərə həsəd apardığını və bu veriliş vasitəsi ilə üçüncü dəfə ailə qurmaq istədiyini dilə gətirib:

"Paxıllıq çəkirəm. Bu gün desəm ki, evlənmək istəyirəm, mənə görə bu verilişə heç kim nə zəng edər, nə də ki, gəlməz. Paxıllığım tutur, burada olan həmcinslərimə, xanımlara. Onlarla ailə qurmaq üçün bu verilişə üz tuturlar. Hazırda xanımım yoxdur. İndi bekaram. Evlənmək istəyirəm. Görüm bu verilişin sonuna kimi kim mənimlə ailə qurmaq üçün zəng edəcək və ya bura gələcək".

Bu sözləri eşidən proqramı aparıcısı Elgiz Əkbər R.Rəhmanovun sözlərinə heyrətlənərək, "İkinci xanımınızı boşadınız?" sualını aktyora ünvanlayıb.

Bu anda isə proqramda ekspert qismində iştirak edən Əməkdar artist Kübra Əliyeva üzünü Rəhman Rəhmanova tutaraq "Belə zarafatlar eləmə. Səni bu sözlərinə görə özüm öz əllərimlə boğaram. O cür xanımı boşamaq olar?" fikirlərini səsləndirib.

Rəhmanov isə "Xanımım yoxdur. Çıxdı, getdi" deyə həm Elgizə, həm də K.Əliyevaya cavab verib.

Verilişin gedişatında Elgiz gözlənilməz təklif irəli sürüb. Aparıcı "Elə uzağı niyə gedirsiniz, çörəyi verin Kübra xanıma" deyə aktyora səslənib.
Əməkdar artist isə "Kübra xanım mənim bacımdır, böyük sənətkardır. Mən ona evlənmək istədiyim xanım gözü ilə baxa bilmərəm" sözlərini ifadə edib. 

Kübra Əliyeva isə "Kübranın ərə gedən vaxtı deyil" deyərək bu məsələyə nöqtə qoyub.

Qeyd edək ki, Rəhman Rəhmanov iki dəfə ailə həyatı qurub. Əməkdar artistin birinci evlilikdən 4 övladı olub. Oğlu 27 yaşında dünyasını dəyişib. Aktyorun böyük oğlu Emil Rəhmanov müğənnidir. İkinci ailəsindən isə övladı olmayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO