Bakılı estrada aktyoru Petrosyanın əsl soyadı məlum oldu – ŞOK FAKT

Bakılı estrada aktyoru Petrosyanın əsl soyadı məlum oldu – ŞOK FAKT

Hazırda oxunan: Bakılı estrada aktyoru Petrosyanın əsl soyadı məlum oldu – ŞOK FAKT

11854

Moskva məhkəməsində yomorist, estrada aktyoru Yevgeni Petrosyan və onun dördüncü həyat yoldaşı Yelena Stepanenko arasında mülk davası özünün pik həddinə çatıb.

Onlar 1985-ci ildən 2018-ci ilə qədər evli olublar. Məhkəmə çəkişməsində isə əllərində olan mülkü bölmək üçün bir-birlərinə qarşı iddia qaldırıblar.

Bizim.Media rambler.ru-ya istinadən xəbər verir ki, məhkəmə davası zamanı maraqlı bir fakt üzə çıxıb. 

Xamovnik Məhkəməsinin iclas cədvəllərinin saytında bildirilir ki, keçmiş həyat yoldaşları arasında əmlakın bölüşdürülməsi üzrə növbəti iclas fevralın 11-də keçiriləcək. İddiaçı Stepanenko E.Q. Cavabdeh - Petrosyants E.V.

Bəli, məlum olur ki, rəsmi sənədində erməni əsilli aktyor Petrosyan deyilmiş! 

Onun atası Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat müəllimi olub və rəsmi sənədlərdə Vaqan Meclumoviç Petrosyants gedib.

Estrada aktyoru bu familyanı rəsmən dəyişməsə də zaman-zaman afişalarda və televiziya çıxışlarında familyasını Petrosyan kimi yazdırmağa başlayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO