Sevdanın qayınanası:

Sevdanın qayınanası: "Beşinci dəfə nənə olmağım sensasiya oldu" - VİDEO 

Hazırda oxunan: Sevdanın qayınanası: "Beşinci dəfə nənə olmağım sensasiya oldu" - VİDEO 

118513

"Artıq beşinci dəfədir ki, nənə oluram. Allah nəvə həsrətində olanlara nənə olmaq qismət eləsin. Zakir dedi ki, həyət evində yığışaq, sizə Sevda ilə sürprizimiz var. Orada onlar bizə gözaydınlığı verdilər. Sevincdən həm ağladıq, həm də güldük. Bir-birimizi öpüb, qucaqlayıb, təbrik etdik. Sevdanın qardaşı, ailəsi də bizimlə idi. Bir sözlə, çox sevindik".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayevanın qayınanası Svetlana Bayramova "Səhər mərkəzi" verilişinə müsahibəsində deyib.  

Sənətçinin qayınanası açıqlamasında bildirib ki, ötən ilin sonu dünyaya gələn Ayla adlı nəvəsinə hələ ki, hədiyyə almayıb:

"Nəvəmizə hələ hədiyyə almamışıq. Ona geyimlər almışıq. Amma onu saymırıq. Hələ böyük hədiyyə almamışıq. Adətən nəvəyə qızıl alırlar. Nəvəmizin adı yazılan zinət əşyası, bilərzik alacağıq. Onu öz adımdan alacağam".  

Müğənnin qayınanası bildirib ki, nəvələrinə verdikləri Ayla adını Sevda özü qoyub:

"Bu, onların ilk övladıdır. Qoy, elə özləri də ona ad qoysunlar. Sevda özü qızına Ayla adını qoyub. Ad seçmək asan deyil. Heç Sevda ad seçəndə bizə heç nə deməmişdi. Zakirlə öz aralarında demişdi ki, qızımın adı Ayla olsun". 

Svetlana xanımla yanaşı, S.Yahyayevanın qayınatası Sabir Bayramov da nəvələri Ayladan söz açıb. O bildirib ki, nəvəsinin qırx günü çıxmadığından ona hələ ki, yaxın getmir:

"Xoşbəxt olsunlar. Nəvəmizi tez-tez gedib görürük. Subaylar üçün bu gözəl günlərdən Allah nəsib etsin. Bir övlad azdır, qoy biri də olsun. Amma oğlan olsun. Bir qız, bir oğlan (gülür). Aylanın qırx günü hələ çıxmadığına görə qorxuram onu öpməyə. Özləri də deyirlər ki, ən yaxşısı yaxın durma. Qadınlar, bacıları nəvəyə yaxın dururlar, amma mən yox. Uzaqdan baxıb, sevinirəm".  

Qeyd edək ki, S.Yahyayeva ilə Zakir Bayramov ötən il ailə qurub. Zakir özəl klinikaların birində genetik-laborant olaraq çalışır.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO