Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrə oyunlarına start verilib.
Bizim.Media xəbər verir ki, günün ilk görüşündə “Neftçi” “Murov”la üz-üzə gəlib.
İlk iki setdə 25:22, 25:22 hesabı ilə qalib gələn “Murov” üçüncü hissədə 16:25 hesabı ilə məğlub olub.
Dördüncü set isə matçda sonuncu olub. Bu hissədə 25:21 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası görüşün yekun hesabını müəyyənləşdirib - 3:1.
Voleybol Mərkəzində təşkil olunan IV turun növbəti matçı MOİK və “Xarı bülbül” komandaları arasında olub. Qarşılaşma Şuşa klubunun 25:21 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Eldar Əliyevin komandası 25:22 hesabı ilə qalib gəlib. Üçüncü və dördüncü setlərdə isə yenidən “Xarı bülbül” 25:18 və 25:21 hesabı ilə qələbə qazanıb - 3:1.
Beləliklə, II dövrənin ilk turundan sonra “Murov” 12 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 6 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə sonuncu pilləni tutur.
IV tur “Neftçi” - “Murov” 1:3 (22:25, 22:25, 25:16, 21:25)
MOİK - “Xarı bülbül” 1:3 (21:25, 25:22, 18:25, 21:25)
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:38 / 02.02.2023
"Murov" bu dəfə "Neftçi"yə qalib gəldi
Hazırda oxunan: "Murov" bu dəfə "Neftçi"yə qalib gəldi
Hazırda oxunan: "Murov" bu dəfə "Neftçi"yə qalib gəldi
118139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.