İtkin düşmüş hərbçimizin nəşi tapıldı - FOTO

İtkin düşmüş hərbçimizin nəşi tapıldı - FOTO

Hazırda oxunan: İtkin düşmüş hərbçimizin nəşi tapıldı - FOTO

11690

Qarabağ döyüşlərində itkin düşmüş hərbçimizin nəşi tapılıb. 

Bizim.Media xəbər verir ki, itkin kimi axtarışda olan 1998-ci il təvəllüdlü hərbi qulluqçu Aslanov Bəxtiyar İlqar oğlunun cənazəsi bu gün Murov dağın Ağbaba yüksəkliyində aşkar olunub.

 

MÖVZU İLƏ BAĞLI:

Şəhid tabor komandirinin nəşi tapıldı - FOTO


Qeyd edək ki, şəhid döyüşçü əslən Şuşa şəhərindəndir və ailəsi illərdir ki, müvəqqəti olaraq məcburi köçkün qismində Naftalan şəhərində məskunlaşıb. Müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu (MAXHHQ) kimi Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edib.

Ailəsi ilə ən son sentyabr ayının 27-də rabitə əlaqəsi yaradıb. Anası Tünzalə xanıma mesaj yazaraq, "Haqqınızı halal edin, əzizlərim, mən ağır döyüşə gedirəm" deyə yazıb.

Qeyd edək ki, nəşi tapılan şəhid döyüşçü sabah Naftalanda son mənzilə yola salınacaq.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO