Aslan İsmayılov prokurorluq orqanlarını istiqamətləndirdi - FOTO

Aslan İsmayılov prokurorluq orqanlarını istiqamətləndirdi - FOTO

Hazırda oxunan: Aslan İsmayılov prokurorluq orqanlarını istiqamətləndirdi - FOTO

11655

"Azərbaycan Respublikası Prokurorluğunun KİVDF ilə bağlı aparılan cinayət işi üzrə məlumatını oxudum.

Uzun sürən susqunluqdan sonra Prokurorluğun bu cinayət işi barədə verdiyi məlumatı alqışlayıram və hesab edirəm ki, bu məlumatlar daha çox və ətraflı olmalıdır.

Ona görə ki, Azərbaycan mədəniyyətini, mətbuatını, jurnalistikasını məhv edən Əli Həsənov dəstəsinin törətdiyi cinayətlər, mənimsədiyi milyonlar bu bəyanatda göstərilənlərdən onlarla dəfə çoxdur.

Bilirəm ki, prokurorluqda peşəkar, işini bilən müstəntiqlər çoxdur və onlar bu dəstənin cinayətlərini tək KİVDF-də olan yeyintilərlə yekunlaşdırmayacaq". 

Bizim.Media xəbər verir ki, bu haqda hüquqşünas Aslan İsmayılov Facebook səhifəsində paylaşım edib. 

"Bu dəstənin xalqdan oğurladıqları milyonlarla yox, milyardlarla ölçülür və bunlar tək KİVDF-də olmayıb. Yüzlərlə, minlərlə Xalqa məxsus obyektlər su qiymətinə özəlləşdirilərək mənimsənilib, yüzlərlə mənzil öz qohumlarına, dostlarına, yaxınlarına, reket dəstələrinə rüşvət müqabilində, yaxud hədiyyə kimi verilib.", - deyə hüquqşünas qeyd edib.

A.İsmayılov vurğulayıb ki, ən əsası prokurorluq orqanları Ə.Həsənovun qurduğu sxem üzrə KİVDF-nin ayrı-ayrı nazirliklər, rayon icra hakimiyyətləri ilə keçirdikləri və yeyinti mənbəyi olan tədbirləri araşdırmalıdırlar:

"Belə təbirlər guya nazirliklərin, rayon icra hakimiyyətlərinin işlərinin öyrənilməsi və təşviq edilməsi məqsədi daşıyıb.

Əslində isə bu tədbirlər Ə.Həsənovun nazirlərdən, rayon icra hakimiyyətlərindən haqq alması məqsədi daşıyıb.

Bu tədbirlər zamanı 3-5 min manat dilənçi vəziyyətinə salınmış jurnalistlərə guya müsabiqənin nəticəsi kimi verilirdisə, yüz minlər birbaşa Ə.Həsənov və onun dəstəsinə çatırdı.

Belə tədbirlərin keçirilməsindən, haqq verməkdən imtina edən nazir, ya icra başçıları isə Ə.Həsənovun reket dəstəsi tərəfindən linç edilirdi".

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO