Rus akademiki MAT QOYAN azərbaycanlı TƏLƏBƏ KİMDİR?

Rus akademiki MAT QOYAN azərbaycanlı TƏLƏBƏ KİMDİR?

Hazırda oxunan: Rus akademiki MAT QOYAN azərbaycanlı TƏLƏBƏ KİMDİR?

116360

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, akademik Yusif Əbülfət oğlu Məmmədovun ad günüdür.

Dəqiq elmlər üzrə təkcə Azərbaycanda deyil, dünyada özündən söz etdirən riyaziyyat elminin fenomeni Yusif Məmmədov 24 yanvar 1950-ci ildə Qərbi Azərbaycanın Sisiyan rayonu Dəstəgird qəsəbəsində anadan olub. 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub.

24 yaşında elmlər namizədi

Akademiik Məcid Rəsulov kimi çox tələbkar, “tükü-tükdən ayıran” dünya şöhrətli alim yüzlərlə tələbənin arasından məhz onu seçib Bakı Dövlət Universitetində saxlayır.

Məcid Rəsulov seçimində heç də yanılmadı, gənc Yusif 24 yaşında namizədlik, bir az sonra doktorluq dissertasiyası müdafiə edərək təkcə SSRİ-ni yox, həm də dünya riyaziyyatçılarını heyrətləndirdi.
Rusiya nəhəngini mat qoyan soydaşımız

O həm də məşhur V.İ.Steklov adına Riyaziyyat İnstitutunun, MDU-nun Mexanika-riyaziyyat, Riyaziyyat və kibernetika fakültələrinin, Novosibirsk Dövlət Universitetinin, Ukrayna EA-nın Tətbiqi Riyaziyyat İnstitutunun, Tbilisi Riyaziyyat İnstitutunun elmi seminarlarında görkəmli riyaziyyatçı alimləri, necə deyərlər, “riyaziyyatın əjdahalarını”  heyrətdə qoyan həmyerlimizdir.

Onunla bağlı tanıyanlar çoxlu maraqlı fakt danışır. Onlardan birini təqdim edirik.  1988-ci ildə doktorluq dissertasiyasını müdafiə ərəfəsində görkəmli rus alimi M.V.Fedoryuk tanımadığı bu cavan oğlanı şahmat oynadığı üçün qəbulda gözləməyə məcbur edib.

Seminar etməli olan, ancaq əvəzində otaqdakıları bir-bir şahmat taxtasında məğlub edən Moskva Fizika Texniki İnstitutunun professoru M.V. Fedoryuk elan edib ki, uduzana qədər yerindən durmayacaq.

Kənardan vəziyyəti müşahidə edən Yusif Məmmədov bu adamın çox güclü şahmatçı olduğunu görür, bilir ki, heç kəsə uduzmayacaq və deməli Bakıdan bura gəlməyi əbəsdir. Növbə tutur və onunla şahmat oynamağa başlayır.
Tanınmış alim Yusif müəllimin qeyri-adi istedadı, çoxpilləli kombinasiyaları önündə tab gətirə bilmir və məğlub olur.

Ayağa qalxıb Yusif müəllimin əlini sıxır, “bu qədər akademik, professor məni uda bilmədi, inanmazdım ki, uzaq bir şəhərdən gələn cavan bir oğlan məni uda bilər, afərin”. Seminardan sonra isə -“ay adamlar, diqqətlə baxın, bu oğlanı yaxşı yadınızda saxlayın, bu adam nə qədər məharətlə şahmat oynayırsa, ondan xeyli artıq güclü riyaziyyatçıdır, bunun çox parlaq gələcəyi var”, - deyir.

Yusif Məmmədovun qısa bioqrafiyası

O, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı(2000-2004), Birinci prorektoru - elmi işlər üzrə prorektor(2004-2006), Riyazi fizika tənlikləri kafedrasının müdiri(1993-ci ildən),  Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru(2006-2016), YUNESKO-nun “Elmi biliklərin və texnologiyaların etikası” Azərbaycan Komitəsinin üzvü, Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri(2016-2017),  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının riyaziyyat və mexanika ixtisasları üzrə ekspert şurasının üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, akademikdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO