Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Özbəkistan" nəşri yayıb.
İclasda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov da iştirak edir.
Nazirin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
İclasda Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan XİN başçıları iştirak edirlər.
Bizim.Media