Ərdoğan Türkiyədə prezident seçkilərinin tarixini dəyişdi - SƏBƏB 

Ərdoğan Türkiyədə prezident seçkilərinin tarixini dəyişdi - SƏBƏB 

Hazırda oxunan: Ərdoğan Türkiyədə prezident seçkilərinin tarixini dəyişdi - SƏBƏB 

116275

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkiləri üçün ən uyğun tarix mayın 14-nü olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib. 

"Məlum olduğu kimi, prezident və parlament seçkilərinin normal vaxtı iyunun 18-dir. Lakin biz bu tarixi yeniləməyə ehtiyac duyduq. Çünki bu tarix Qurban bayramı ilə üst-üstə düşür.

Parlamentimiz lazımi səs çoxluğunu toplamasa, mən prezident kimi qərar qəbul edəcəyəm", - deyə o qeyd edib. 

Türkiyə rəhbəri bildirib ki, bu seçki prezident və deputatların birlikdə seçilməsinə imkan verən ikinci seçki olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO