Zelenski cəbhədə vəziyyətin ağır olduğunu etiraf etdi

Zelenski cəbhədə vəziyyətin ağır olduğunu etiraf etdi

Hazırda oxunan: Zelenski cəbhədə vəziyyətin ağır olduğunu etiraf etdi

115535

Rusların cəbhədə hücum cəhdlərinin sayı artıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində danışıb.

“Bütün günü ordumuzla əlaqə saxladıq. Cəbhədə vəziyyət ağır olaraq qalır. Ən amansız və prinsipial döyüşlərin episentri Donbassdadır. Biz işğalçıların hücumlarının və hücum cəhdlərinin sayının tədricən artmasını görürük”, - deyə prezident bildirib.

O, öz mövqelərini davam etdirən bütün ukraynalı müdafiəçilərə təşəkkür edib:

“Xüsusilə, bunlar 68-ci ayrı yeger briqadasının və dəniz piyadalarının 36-cı ayrı briqadasının döyüşçüləridir. Onlar Donbassda düşməni effektiv şəkildə məhv edir və dözüm nümayiş etdirirlər”.
“Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələrinə də işğalçıların şanslarını azaldan hərəkətlərə görə təşəkkür edirik", - dövlət başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO