Sumqayıtda AĞIR QƏZA – Bir nəfər maşında sıxılmış vəziyyətdə qaldı

Sumqayıtda AĞIR QƏZA – Bir nəfər maşında sıxılmış vəziyyətdə qaldı

Hazırda oxunan: Sumqayıtda AĞIR QƏZA – Bir nəfər maşında sıxılmış vəziyyətdə qaldı

113906

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Nazirliyin "112" qaynar telefon xəttinə şəhərin, Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. 

"Məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" markalı minik avtomobili yol kənarında dirəyə çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb". - deyə nazirlikdən bildirilib. 
Qeyd olunub ki, xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO