Əsir düşən 33 ukraynalı zabit və 17 çavuş geri qayıdıb.
Bizim.Media Ukraynaya məxsus Telegram kanallarına istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.
Onun sözlərinə görə, bunlar Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin, Hərbi Dəniz Qüvvələrinin əməkdaşlarıdır.
"Bu, sonuncu mübadilə deyil. Bizim vəzifəmiz bütün insanlarımızı geri qaytarmaqdır və biz bunu yerinə yetirəcəyik", - deyə Yermak bildirib.
Bizim.Media