Fransada “sarı jiletlilər” yenidən etiraz nümayişinə başlayırlar.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, “sarı jiletlilər və qəzəbli vətəndaşlar” kollektivi 2023-cü ildə il boyu nümayiş keçirməyə çağırış ediblər.
Bildirilib ki, nümayişçilərin marşrutu polis prefekturası tərəfindən təsdiqlənib.
Bu gün Paris vaxtı ilə saat 11-də Fransa paytaxtının 7-ci rayonunun Brötöy məkanından başlayan yürüş paytaxtın 12-ci rayonunda Berci yaxınlığında toplaşaraq yerli vaxtla saat 14 radələrində etiraz nümayişinə başlamalıdırlar.
Məlumata görə, həkimlərin də nümayişə qoşulacağı gözlənilir.
Nümayişçilərin tələbləri isə əsasən inflyasiya, pensiya və işsizlikdən sığorta islahatı, enerji böhranı və s. bu kimi problemlərdir.
Makronun ilk beş illik mandatı müddətində yadda qalan “sarı jiletlilər” hərəkatı yenidən elə bu rəng altında nümayişləri davam etdirməyi qərara alıblar.
Qeyd edək ki, “Sarı jiletlilər” hərəkatı artıq dörd ildir ki, yaranıb. “Sarı jiletlilər” ilin ilk şənbəsində səfərbərlik elan ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:17 / 07.01.2023
“Sarı jiletlilər” yenidən nümayişə başlayır: İnflyasiya, pensiya islahatı, işsizlik sığortası… - VİDEO
Hazırda oxunan: “Sarı jiletlilər” yenidən nümayişə başlayır: İnflyasiya, pensiya islahatı, işsizlik sığortası… - VİDEO
Hazırda oxunan: “Sarı jiletlilər” yenidən nümayişə başlayır: İnflyasiya, pensiya islahatı, işsizlik sığortası… - VİDEO
113557
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.