Kürdəmirdə ər 14 illik arvadını niyə qətlə yetirib? – İLGİNC DETALLAR 

Kürdəmirdə ər 14 illik arvadını niyə qətlə yetirib? – İLGİNC DETALLAR 

Hazırda oxunan: Kürdəmirdə ər 14 illik arvadını niyə qətlə yetirib? – İLGİNC DETALLAR 

113401

Kürdəmirdə ər 14 illik arvadını günün günorta çağı qətlə yetirib. O hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb. 

Belə ki, Şıxımlı kənd sakini - 1987-ci il təvəllüdlü Qurbanov Pərviz Hikmət oğlu aralarında yaranan ailə münaqişəsi zəminində həyat yoldaşı - 1994-cü il təvəllüdlü Qurbanova Könül Vaqif qızına bir neçə bıçaq xəsarəti yetirib. Ağır bədən xəsarətləri alan 3 uşaq anası Könül Qurbanova elə hadisə yerindəcə dünyasını dəyişib. 
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. 

Qeyd edək ki, cütlük 14 il öncə ailə qurub. Son 5 ildə isə onların arasında mütəmadi olaraq mübahisələr olub.

Bu vaxt ərzində mərhum Könül Qurbanova müxtəlif vaxtlarda acıq edərək atasının evinə gedib. Amma hər dəfə ər müxtəlif bəhanələr gətirərək, həyat yoldaşını evə qaytarıb. 

Sonuncu dəfə belə mübahisə bir neçə ay əvvəl yaşanıb. Belə ki, mərhum bu dəfə atasına ərindən boşanmaq istədiyini bildirib. Bundan sonra yenə ailə arasında barışıq olub və qadın yenə ər evinə qayıdıb. Ailədə hər dəfə mübahisələrin yaranmasına səbəb isə Pərviz Qurbanovun içki aludəçisi olması olub. Hər dəfə spirtli içki qəbul edən ər həyat yoldaşını səbəbsiz yerə döyürmüş. Onların son mübahisəsi isə qanla bitib.

Səhər uşaqları məktəbə göndərən ər yenə həyat yoldaşı ilə mübahisə edərək, onu döyüb və bıçaqla vurub qətlə yetirib. Mərhumun meyidi müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, cütlüyün bu evlilikdən 2 qız, bir oğlan olmaqla 3 övladı var. Hazırda faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu







Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO