Bakıda baş verən qətllə bağlı əməliyyat görüntüləri yayıldı – VİDEO

Bakıda baş verən qətllə bağlı əməliyyat görüntüləri yayıldı – VİDEO

Hazırda oxunan: Bakıda baş verən qətllə bağlı əməliyyat görüntüləri yayıldı – VİDEO

113294

Bu gün gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində yerləşən mənzillərin birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər müvafiq vasitələrlə onmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq, polis əməkdaşlarının mənzilə daxil olmasına şərait yaradıblar. 

Həmçinin, mənzildə qətlə yetirilmiş 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın meyiti xilasedicilər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzildə olan R.Həşimovanın əri 1961-ci il təvəllüdlü İlham Həşimov şübhəli şəxs qismində tutulub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO