Kürdəmirdə avtomobil yoldan çıxaraq aşdı - Xəsarət alan var - VİDEO

Kürdəmirdə avtomobil yoldan çıxaraq aşdı - Xəsarət alan var - VİDEO

Hazırda oxunan: Kürdəmirdə avtomobil yoldan çıxaraq aşdı - Xəsarət alan var - VİDEO

112731

Kürdəmirdə avtomobil qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomaşının sürücüsü Qarayev Kirvin Vidadi oğlu kənd yolunda hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü Qarasaqqal kənd sakini Əmrahov Asim Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO